TÜRKSOY-un Şuşada keçiriləcək toplantısında koordinatorluq Anar Kərimova həvalə edilib

TÜRKSOY-un Şuşada keçiriləcək toplantısında koordinatorluq Anar Kərimova həvalə edilib
# 05 noyabr 2022 20:33 (UTC +04:00)

TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı dönəm toplantısının koordinatorluğu Azərbaycanın mədəniyyət naziri Anar Kərimova həvalə edilib.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 40-cı iclasın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq Şuşada keçirilməsi ilə bağlı qərar verilib.

2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” missiyasını yerinə yetirəcək Azərbaycanın Şuşa şəhərində keçiriləcək tədbirlərdə üzv ölkələrin fəal iştirakının razılaşdırılması və dəstəklənməsi haqqında qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR