Ümumdünya İrs Komitəsinin sessiyasında daha bir nominasiya qəbul edilib, ikisi geri qaytarılıb

Ümumdünya İrs Komitəsinin sessiyasında daha bir nominasiya qəbul edilib, ikisi geri qaytarılıb
# 06 iyul 2019 17:58 (UTC +04:00)

Ümumdünya İrs Komitəsi 43-cü sessiyasının iyulun 6-da keçirilən plenar iclasında gündəliyə uyğun olaraq Koreya Respublikasının “Seovon – Yeni Konfutsi Akademiyası” nominasiyası müzakirəyə çıxarılıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, ICOMOS nümayəndəsi faylla bağlı təqdimatla çıxış edib. Bildirib ki, Koreya tərəfi 2015-ci ildə bu qovluğu təqdim edib, amma o, bir sıra səhvlər olduğu üçün geri qaytarılıb. Hazırda qeyd edilən mülkiyyət ətraf mühitlə tam təmasdadır. Ərazi yeni Konfutsi ənənələrini ehtiva edir. Burada ilk Seovon təlim və inkişafının şahidi oluruq. İlkin dövrün memarlıq üslubu qorunaraq saxlanılıb.

Koreya Respublikasının Seovon akademiyası ilə bağlı nominasiya barədə geniş məlumatında bildirilibi ki, bu akademiya XVI-XVII əsrlərdə fəaliyyət göstərib və böyük tarixi ənənə yaradıb. Bu ənənə bu gün müasir tədris sisteminin də inkişafında mühüm rol oynayır. Bu akademiya müasir Konfutsi təhsil sisteminin formalaşmasına güclü təsir göstərib. Müzakirələrdən sonra fayl qəbul edilib.

Daha sonra Avstriyanın təqdim etdiyi "Grossglokner – yüksək Alp dağları yolu" nominasiyası müzakirə edildi. Grossglokner Avstriyanın Zalsburq və Karintiya vilayətlərini (federal torpaq) birləşdirən yoldur. Eyniadlı dağın adını daşıyan yol yüksək dağ silsiləsində milli park ərazisindən (48 km) keçir.

İCOMOS nümayəndəsi bildirib ki, nominasiya ilə təqdimatda səhvlər var, məkanla bağlı universal dəyər düzgün qiymətləndirilməyib. Fayl qaydalara uyğun deyil və burada ilkin (orijinal) yol genişləndirilərək divarlarda əlavə konservasiya işləri aparılıb.

Komitə nominasiyanın təxirə salınması tövsiyə edilib. Bildirilib ki, mülkiyyətin potensial səviyyəsi daha yüksək səviyyədə yerinə yetirilməlidir. Yekdil qərarla nominasiya təxirə salınıb. Avstriya nümayəndəsi qərarla razılaşdıqlarını bildirib və faylın təkmilləşdiriləcəyini deyib.

Növbəti sənəd qovluğunu – "Qədim Roma imperiyasının sərhədləri” adlı nominasiyasını Avstriya, Macarıstan, Almaniya və Slovakiya birlikdə təqdim edib.

Bu qovluq da qızğın müzakirə doğurub. Norveç və digər ölkələr bu nominasiyaya etirazlarını bildiriblər. Nəticədə nominasiya qəbul edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR