“Təşkilat olaraq xalqlar arasında əlaqələrin inkişafı üçün layihələr hazırlanır. Bu mədəniyyətlərin birləşməsinə də səbəb ola bilər. Şuşanın mədəni irsini qorumaq bütün insanlığın borcudur”.
APA xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" adlı tədbirdə UNESCO-nun xoşməramlı səfiri Hedva Ser deyib.
“UNESCO-nun vəzifələrindən biri də dünyadakı mədəni diplomatiyanı, xalqlar arasındakı əlaqələri, problemlərim həllinin dialoqla reallaşmasını dəstəkləməkdir. Dünyadakı dəyişikliklər xalqlar arasındakı əlaqələrə təsir etməməlidir. Təşkilatın əsas məqsədlərindən biri də irsi mədəni irsini qorumaq və bərpa etməkdir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, tarixi şəhəridir. Qarabağ müharibəsi zamanı regiondakı mədəni irsi abidələrə böyük miqyasda zərər görüb. Bəzi abidələr tamamilə dağıdılıb”.
Fuad Sadıqov