“Yeni Müsavat” Media Qrupu Koronavirusla Mübarizə Fonduna vəsait köçürüb

“Yeni Müsavat” Media Qrupu Koronavirusla Mübarizə Fonduna vəsait köçürüb
# 23 mart 2020 15:47 (UTC +04:00)

Azərbaycanda özəl sektordan Prezident İlham Əliyevin təçəbbüsünə dəstək tədbirləri davam edir.

“Yeni Müsavat” Media Qrupunda korporativ sosial məsuliyyət öhdəliyindən irəli gələrək, koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək vermək barədə qərar qəbul olunub.

APA-nın xəbərinə görə, qərara uyğun olaraq Media Qrupunun ayırdığı vəsait fondun hesabına köçürülüb.

Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Azərbaycan dövləti və ölkə Prezidentinin koronavirusla mübarizə istiqamətində atdığı bütün addımları dəstəkləyir: “Bu, Azərbaycanın maraqlarına cavab verən addımlardır, ölkə insanını qorunmasına xidmət edir. Ona görə də həm informasiya planında əlimizdən gələn dəstəyi veririk, həm də Prezidentin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna simvolik də olsa qatqıda bulunduq. Artıq bir sıra media quruluşları da bu kampaniyaya qouşulublar".

R. Arifolunun sözlərinə görə, qəzetlərin, media quruluşlarının dəstəyi simvolikdir: “Amma bu, təbliğati baxımdan əhəmiyyətlidir. Zənginlərə, iş adamlarına, Azərbaycandan kənarda olan varlı soydaşlarımıza xitab edirik ki, Azərbaycanın, dolayısı ilə bəşəriyyətin xilası üçün koronavirusa qarşı mübarizə kampaniyasını dəstəkləsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR