İranın İSNA xəbər agentliyinin baş direktoru APA-nı təbrik edib

 İranın İSNA xəbər agentliyinin baş direktoru APA-nı təbrik edib
# 18 noyabr 2019 12:51 (UTC +04:00)

APA nüfuzlu informasiya agentliyi olaraq İranda Azərbaycan xəbərlərini işıqlandırmaq üçün etibar etdiyimiz əsas vacib mənbədir”.

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın İSNA xəbər agentliyinin baş direktoru Əli Müttəqian deyib.

APA Group” və İSNA arasında əməkdaşlıq sazişinin imzalandığını xatırladan Ə. Müttəqian bildirib ki, bu, İSNA və APA-nın oxşar cəhətləridir: “APA Group”un rəhbəri Vüsalə Mahirqızı İranda səfərdə olarkən agentliyimizdə qonaq olub və onunla bu məsələ ilə bağlı ətraflı müzakirələr aparmışıq. Biz iki agentliyin əməkdaşlığından məmnunuq”.

İSNA xəbər agentliyinin baş direktoru APA-nın yaranmasının 15 illiyi münasibətilə “APA Group”un rəhbəri Vüsalə Mahirqızını və kollektivi təbrik edib.

O qeyd edib ki, Bakıya səfər edərək APA-nın fəaliyyəti ilə yaxından tanış olmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR