Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA

Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA
  • Clock-gray 10:57
  • calendar-gray 03 İyun 2019

Regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılan şərait və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini ictimaiyyəti çatdırmaq  məqsədilə Səhiyyə Nazirliyi növbəti mediatur keçirib.

APA-nın xəbərinə görə, mediatur çərçivəsində jurnalistlər Qusar Rayon Mərkəzi Xəstəxanasında olublar.

Xəstəxana haqqında məlumat verən baş həkim Mübariz Zeynalov bildirib ki, 2012-ci ildə tikilərək istifadəyə verilən, 180 çarpayıdan ibarət xəstəxanada ambulator və stasionar şöbələr fəaliyyət göstərir: “Eyni zamanda xəstəxanada tibbi müayinələr aparılan şöbələr var. Cərrahiyyə, reanimasiya, terapiya, doğum şöbəsi, infeksion xəstəliklər, vərəm, uşaq xəstəlikləri, onkoloji, ginekologiya şöbəsi stasionar fəaliyyət göstərir. Poliklinika, laboratoriya, şüa-diaqnostika, təcilli tibbi yardım şöbələri isə ambulator yardım göstərirlər. Xəstəxanada gün ərzində təxminən 100-130 arasında stasionar müayinə olunan xəstə, 30 nəfər daimi qeydiyyatda olan və həftədə 3 dəfə olmaqla planlı hemodializ seansı qəbul edən xəstələr var”.

Şöbələr haqqında məlumat verən baş həkim bildirib ki, xəstəxananın onkologiya şöbəsi yeni xəstəxana binasının  açılışından sonra, müraciət əsasında struktura daxil olub: "Regionda onkoloji xəstələrin müayinəsi və eyni zamanda kimyəvi terapiyası üçün Qusar Rayon Mərkəzi Xəstəxanasında çalışan həkim onkoloqun olması nəzərə alındı. Səhiyyə nazirinin müvafiq əmri ilə xəstəxananın strukturuna onkoloji şöbə əlavə olundu. Bu gün Quba-Xaçmaz regionunda olan onkoloji xəstələr bizim şöbəyə müraciət edir və kimyəvi müalicələrini burda aparırlar. Şöbəyə bu vaxta qədər olan xəstələrin müraciəti və  müalicənin effektivliyi onu göstərir ki, bu şöbənin regionda açılması günün tələbi idi və şöbə özünü doğruldur. Regionda olan xəstələr bura gəlir deyə, müraciət də çoxdur".

M.Zeynalov deyib ki, Ailə Məcəlləsində aparılan dəyişikliyə əsasən, respublikanın bütün xəstəxanalarında hematoloji kabinetlərin nəzdində nikaha daxil olan şəxslərin müayinəsi kabinetləri yaradılıb və Qusar RMX-da da belə kabinet fəaliyyət göstərir: "Kabinetin iş prinsipi ondan ibarətdir ki, nikaha daxil olan şəxslər nikahdan əvvəl mütləq şəkildə müraciət edir, burda qan nümunələri götürülür, ilkin müayinələr aparılır. Qeydiyyatdan keçib ilkin müayinə aparıldıqdan sonra daha dərin müayinələr Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda aparılır. Ordan gələn qan nümunələrinə əsasən, biz həmin nikaha daxil olan cütlüklərə arayışlar təqdim edirik. Bu arayışlar onların nikaha daxil olmasına əngəl törədə bilmir. Sadəcə, burda müayinələrin aparılmasında məqsəd odur ki, gizlin gedən infeksion xəstəliklər erkən aşkarlansın. Eyni zamanda qanın irsi xəstəlikləri vaxtından əvvəl aşkar edilsin ki, gələcəkdə baş verə biləcək qan xəstəliklərinin dünyaya gələcək körpələrdə qarşısı alınsın. Həmin nikaha daxil olan şəxslər məlumatlandırılır, bundan sonra artıq onların öz qərarlarından asılı olur. İlk növbədə həmin şəxslərlə psixoloji profilaktiki söhbətlər aparılır. Bu kabinetdə indiyə qədər nikaha daxil olan şəxslərdən 2 753 cütlük müayinə olunub. Analizlər zamanı böyük əksəriyyət sağlam çıxır, ümumiyyətlə, Qusar rayon əhalisi üçün irsi qan xəstəlikləri xarakterik deyil. Gizlin gedən hepatitlər, sifilislər, digər infeksion xəstəliklərin müəyyən dərəcədə rast gəlinir, amma kütləvi deyil".

Analizlərin qəbul laboratoriyasının şöbə müdiri Vüsalə Babaxanova laboratoriyada bütün analizlərin aparıldığını bildirib. Onun sözlərinə görə, xəstəxanada biokimyəvi analizlər üçün aparatlar var, infeksiyalar yoxlanılır: "Hamilə qadınlar, onkoloji şöbə üçün bütün analizlər götürülür, əkmələr edilir. Ayda 300-400 nəfər müraciət edir. Burda hepatitlər də yoxlanılır, amma faiz etibarilə az, 1-2 faiz olur. QİÇS-in analizi zamanı, demək olar ki, bu xəstəlik aşkarlanmır".

Xəstəxananın müşahidə otağında gizlin gedən infeksion xəstəliklərin, xüsusilə vərəm xəstəliyinin erkən aşkarlanması üçün kütləvi tətbiq olunan müayinə metodu həyata keçirilir. Baş həkimin sözlərinə görə, rəqəmsal aparatla burda aparılmış müayinə yaddaşda qalır və müəyyən  müddətdən sonra lazım olarsa, onu elektron daşıyıcılarla istədikləri yerə göndərə bilirlər.

Qəbul otağında ilkin tibbi yardıma ehtiyac olanlara köməklik göstərilir və eyni zamanda stasionara xəstələrin çeşidlənməsi bu şöbədən aparılır. Təcili tibbi yardım kabinetində tibb bacısı 24 saat fəaliyyət göstərir, çağırışlar qəbul olunur və qeydiyyatlar aparılır. Tibb bacısı Nərminə Ağayeva bildirib ki, ay ərzində adətən temperatur, təzyiq, ürək xəstələri üçün təxminən 300-400 çağırış  olur.

Qusar Rayon Mərkəzi Xəstəxanasında əməliyyat bloku da yaradılıb. Mediatur zamanı jurnalistlər sol süd vəzisi xərçənginin əməliyyatını izləyib.

Xəstəxananın 30 çarpayılıq doğum şöbəsi 24 saat işləyir. Şöbə haqqında məlumat verən baş həkim Mübariz Zeynalov bildirib ki, xəstəxana ən müasir standartlara cavab verən mərkəzləşdirilmiş sistemlərə malikdir: "Eyni zamanda burda işıq, su təminatı ən yüksək səviyyədə qurulub. Alternativ enerji mənbəyi olaraq xəstəxanada generator quraşdırılıb. May ayının 25-26-da hava şəraiti kəskin dəyişildi və Qusar şəhəri uzun müddətli elektrik enerjisiz qaldı. Xəstəxanada alternativ enerji mənbəyindən istifadə olundu ki, həmin gün bizim xəstəxanada müxtəlif tibbi prosedurlar, müayinələr, müalicələr, əməliyyat və doğum prosesi davam elədi. Xəstəxanaya 4 qadın daxil oldu, onların doğuşu və qeysəriyyə əməliyyatı icra olundu. Ay ərzində xəstəxanada təxminən 90-120 doğuş icra olunur ki, bunların da 10-15-i qeysəriyyə əməliyyatı olur. Bu günə kimi xəstəxanada ana ölümü hadisəsi olmayıb".

Baş həkim bildirib ki, doğuşa yardım göstərən tibb məntəqələri 3 səviyyəyə bölünüblər: "Qusar rayon Mərkəzi Xəstəxanasının doğuşa yardım  şöbəsində fizioloji hamiləliyi olan doğuşlar icra olunur. Əgər qadın məsləhətxanasında hər hansı fəsadlı hamiləliyi olan qadın  qeydiyyata götürülsə, o zaman həmin qadınları ixtisasa uyğun tibb müəssisələrinə və yaxud da Quba Regional Perinatal Mərkəzinə köçürürük. Həmin qadınlara 3-cü səviyyəli doğuşa yardım xidmət müəssisələrində yardım göstərilir".

Qusar Rayon Mərkəzi Xəstəxanası APM Qadın Məsləhətxanasının müdiri Təranə Şinğarova isə deyib ki, yanvar ayından bu günə  qədər 727 hamilə qadın qeydiyyatdadır: "Qusar rayonu üzrə yanvar ayında 66 təbii doğuş, 12 qeysəriyyə, fevralda 52 təbii doğuş, 9 qeysəriyyə, martda 62 təbii doğuş, 9 qeysəriyyə, apreldə 59 təbii doğuş, 9 qeysəriyyə, mayda 80 təbii doğuş, 10 qeysəriyyə əməliyyatı olub".

Mediatur yeni doğulmuş körpələrə doğum haqqında şəhadətnamələrin verilməsi prosesi ilə başa çatıb.

FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib - FOTOSESSİYA">

Aytən Yusifova

Digər xəbərlər

Arxiv

date