ABŞ və İtaliya jurnalistləri Mətbuat Şurasında olublar

ABŞ və İtaliya jurnalistləri Mətbuat Şurasında olublar
# 09 aprel 2018 16:44 (UTC +04:00)

Azərbaycanda səfərdə olan xarici jurnalistlər bu gün Mətbuat Şurasında olublar.

APA-nın məlumatına görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ABŞ və İtaliyanın nüfuzlu media orqanlarında siyasi şərhçi kimi fəaliyyət göstərən Nurit Qrengerdən, Yason Katsdan, Lello Stelettidən, Raqul Kontrerasdan və Domenika Letisiyadan ibarət nümayəndə heyətinin üzvlərinə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Mətbuat Şurasının KİV-lərin 11 aprel prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini apardığını vurğulayan Ə.Amaşov xarici jurnalistləri prosesin metodları ilə tanış edib.

Qeyd edək ki, ABŞ və İtaliyadan olan jurnalistlərin səfərlərinin məqsədi prezident seçkilərini işıqlandırmaqdır.

Görüşdə medianın mövcud istiqamətdə fəaliyyətindəki müxtəlif məqamlardan söz açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR