Aynur Camalqızı: "Reket jurnalistlərə qarşı mübarizə daha da sərtləşdirilməlidir"

Aynur Camalqızı: "Reket jurnalistlərə qarşı mübarizə daha da sərtləşdirilməlidir"
# 10 mart 2018 10:20 (UTC +04:00)

"Reket jurnalistlərə qarşı mübarizə daha da sərtləşdirilməlidir. Mətbuat Şurasının reket jurnalistika ilə mübarizə məqsədilə vahid kart məsələsini tətbiq etməsi effektiv olardı".

APA-nın məlumatına görə, bunu Azərbaycan jurnalistlərinin VII qurultayında "Gündəlik Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı deyib.

O bildirib ki, bundan əvvəl isə qanunvericilik bazası təkmilləşdirilməlidir: "Fikrimcə, qanunvericilik bazasının daha da sərtləşdirilməsinə ehtiyac var. Mən dəfələrlə bu məsələni qaldırmışam ki, Azərbaycanda domen alıb media yaratmaq çox asandır. İstənilən şəxs evində otura-otura, bir domeni qeydiyyatdan keçirib, media yarada bilər. Belə hallar ənənəvi medianı gözdən salmaqla bərabər, peşəkar jurnalistlərin əməyinə də kölgə salır.

Onlayn medianın qeydiyyat məsələsindən də danışmaq istəyirəm. Fikrimcə, onlayn medianın qeydiyyat məsələsi də sərtləşdirilməlidir.

Bu gün telekanal açmaq üçün üçün tələblər kifayət qədər sərtdir. Hesab edirəm ki, bu sərt tələblər onlayn media üçün də tətbiq edilməlidir. Belə olan halda reket jurnalistikaya qarşı daha səmərəli mübarizə aparmaq mümkün olardı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR