Azərbaycanda hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq teleradio məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) teleradio yayımının xüsusi fəaliyyət rejimi tətbiq edilə biləcək.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla qüvvəyə minən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunda əksini tapıb.
“Televiziya və radio yayımı haqqında” qanunun 2.2-ci maddəsinə əsasən, indiyə qədər teleradio yayımı sahəsində senzura yolverilməz olub. Qanunun bu maddəsinə də müvafiq dəyişiklik edilib, istisna hallar qeyd olunub.
Azərbaycanda hərbi vəziyyət dövründə teleradio məlumat və materialları hərbi senzuradan keçiriləcək
27 iyun 2018 12:36 (UTC +04:00)
Media
MEDİA ADA-da “Böhran kommunikasiyası” mövzusunda təlim keçirib
09:56
25 aprel 2024
MEDİA sosial şəbəkə istifadəçilərinə çağırış edib
17:12
22 aprel 2024
MEDİA: Ermənistan mediasında mənbəyi olmayan məlumatlar yayılır
13:16
20 aprel 2024
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir
13:04
19 aprel 2024