Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri APA-nı təbrik edib

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri APA-nı təbrik edib
# 20 iyul 2018 16:47 (UTC +04:00)

Rusiya Dövlət Dumasının üzvü, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Dmitri Savelyev Milli Mətbuat Günü münasibətilə APA-nı təbrik edib.

D. Savelyev təbrik məktubunda bildirib:

APA İnformasiya Agentliyinin redaksiyasını peşə bayramı münasibətilə təbrik edirəm. KİV hər zaman vətəndaş cəmiyyətinin aparıcı institutlarından biri, cəmiyyət və hakimiyyət, eləcə də dövlətlər arasında vacib əlaqələndirici həlqə olub. Hər zaman peşəkar kadr heyəti və obyektivliyi ilə fərqlənən sizin redaksiyanın mövqeyinə həm Azərbaycanda, həm də Rusiyadan daim artan auditoriya etimad edir. Sizə bundan sonra da aktual və ehtiyac duyulan KİV olaraq almağı arzu edirəm. Qoy sizin fəaliyyətiniz bundan sonra da Azərbaycanın inkişafına kömək etsin və xalqlarımız arasında dostluğu möhkəmləndirsin. Sizə sağlamlıq, rifah və enerji arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR