Mətbuat Şurası həbs olunmuş jurnalistlərlə bağlı Prezident yanında Əfv Komissiyasına müraciət edəcək

Mətbuat Şurası həbs olunmuş jurnalistlərlə bağlı Prezident yanında Əfv Komissiyasına müraciət edəcək
# 14 mart 2007 14:28 (UTC +04:00)
MŞ sədri rəhbərlik etdiyi qurumun İdarə Heyətinin sabah keçiriləcək toplantısında Əfv Komissiyasına müraciətlə bağlı məsələnin müzakirə olunacağını deyib: “Sabahkı müzakirələrin nəticəsi olaraq Əfv Komissiyasına məktubla müraciət edəcəyik” . Ə. Amaşov Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunması hallarının azlıq təşkil etdiyini də deyib: “Onlar ya cərimə olunub, ya da şərti azadlıqdan məhrum ediliblər”. MŞ sədri deyib ki, hazırda həbsdə olan jurnalistlər peşə fəaliyyətlərinə görə deyil, digər səbəblərdən, daha çox şəxsi xarakterli məsələlərlə bağlı normal vətəndaş kimi cinayət məsuliyyətinə cəlb ediliblər. MŞ sədri müraciətdən öncə əfvi xahiş ediləcək jurnalistlərin adlarını açıqlamaq istəməyib./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR