Jurnalistlərə yeni sarı kartlar verilir

Mətbuat Şurası jurnalistləri yeni sarı kartlarla təmin etməyə başlayıb. APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bundan əvvəlki mərhələdə jurnalistlərə verilmiş kartların müddəti 2006-cı ilin sonunda başa çatdığı üçün yeni kartlar hazırlanıb. Yeni kartların Bakıda çap olunduğunu deyən Ə. Amaşov bu dəfə bütün jurnalistlərin bu kartlarla təmin olunmasını mümkün sayıb: “Sadəcə, redaksiya və yaxud jurnalist Mətbuat Şurasına müraciət etməlidir. Bu müraciətdən sonra qısa müddətdə həmin jurnalistin kartı hazırlanıb özünə təqdim olunacaq”. Ə. Amaşov artıq bir sıra jurnalistlərin quruma müraciət etdiklərini və onların sarı kartlarla təmin olunduqlarını söyləyib. /APA/
Media

MEDİA çap və onlayn mətbuat üçün müsabiqə elan edib
