Xocalı köçkünlərinin Eynulla Fətullayevə qarşı iddiası üzrə məhkəmə baxışı təxirə salınıb

Xocalı köçkünlərinin Eynulla Fətullayevə qarşı iddiası üzrə məhkəmə baxışı təxirə salınıb
# 16 aprel 2007 09:07 (UTC +04:00)
Yasamal Rayon Məhkəməsində hakim İsa İsmayılovun sədrliyi ilə Naftalanda məskunlaşmış Xocalı köçkünlərinin “GÜndəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı iddiası üzrə məhkəmə baxışı təxirə salınıb. Məhkəmədən APA-ya bildirilib ki, prosesin təxirə salınmasına səbəb E. Fətullayevin vəkili İsaxan Aşurovun anasının vəfat etməsidir. Məlumata görə, E.Fətullayev vəkilinin anasının vəfat etməsi ilə bağlı məhkəməyə məktub ünvanlayıb. Məhkəmədən E. Fətullayevə növbəti prosesədək İ. Aşurov işə çıxa bilməsə, özünə yeni vəkil tapmasının vacibliyi bildirilib, əks halda, məhkəmənin onu vəkillə təmin edəcəyi qeyd olunub. Qeyd edək ki, növbəti məhkəmə baxışı aprelin 20-nə təyin olunub.
E. Fətullayev isə APA-ya açıqlamasında İ. Aşurovun aprelin 20-nə qədər işə çıxacağını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR