TRT-də yayımlanan “Qafqazlardan əsən yellər” proqramında ermənilərin Naxçıvanda törətdiyi qətllərdən danışılacaq

TRT-də yayımlanan “Qafqazlardan əsən yellər” proqramında ermənilərin Naxçıvanda törətdiyi qətllərdən danışılacaq
# 19 aprel 2007 08:56 (UTC +04:00)
TRT-də yayımlanan “Qafqazlardan əsən yellər” proqramının növbəti hissəsi Azərbaycanın çox zəngin musiqi tarixinə, Bakının sosial-mədəni vəziyyətinə həsr olunub. TRT-nin Bakı təmsilçiliyindən APA-ya daxil olan məlumata görə, bu həftəki proqramda 105 yaşlı alim Lətif Hüseynzadə 1918-ci ildə ermənilərin Naxçıvanda türk əhalisini qətlə yetirməsi və Kazım Qarabəkir paşanın komandanlıq etdiyi türk ordusunun Naxçıvanı xilas etməsindən danışacaq. Proqramda Türk Tarix Qurumunun başqanı Yusif Halaçoğlu ilə “Erməni yalanlarına qarşı aparılan çalışmalar” haqqında qısa reportaj, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıt qəbir kompleksinin fotolarından ibarət sərgi haqqında məlumat da yer alacaq. “Qafqazlardan əsən yellər” aprelin 20-də Bakı vaxtı ilə saat 08.00 və 01.30-da “TRT-İnt” və eyni gün 17.30-da “TRT Türk” kanalında yayımlanacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR