“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev məhkəmə zalında həbs olunub

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev məhkəmə zalında həbs olunub
# 20 aprel 2007 14:50 (UTC +04:00)
APA-nın xəbərinə görə, hakim İsa İsmayılovun sədrliyi ilə keçən prosesdə “Qarabağ gündəliyi” məqaləsində xocalıları və Azərbaycan ordusunu təhqir etdiyini əsas gətirilərək, E. Fətullayevin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istənilib. E. Fətullayev isə son sözündə məhkəmə prosesinin hansı sonluqla nəticələnəcəyini əvvəlcədən bildiyini qeyd edib. Müşavirəyə gedən məhkəmə heyəti fasilə elan edib. Fasilədən sonra hakim İ. İsmayılov hökmü elan edib. Məhkəmənin hökmü ilə E. Fətullayev Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə 6 ay, 147.2 maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bu maddələr üzrə nəzərdə tutulan cəza birləşdirilərək baş redaktor üzərində 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb və E. Fətullayev məhkəmə zalında həbs edilib. E. Fətullayev həbsindən az əvvəl APA-ya açıqlamasında həbs ediləcəyi barədə məlumatı olduğunu deyib. O, bununla bağlı beynəlxalq təşkilatlara, media orqanlarına müraciət edəcəyini söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR