Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan Mətbuat Şurası ilə birlikdə “Rəsmi elanlar” mövzusunda dəyirmi masa keçirəcək

Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan Mətbuat Şurası ilə birlikdə “Rəsmi elanlar” mövzusunda dəyirmi masa keçirəcək
# 22 may 2007 14:10 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan Mətbuat Şurası ilə birlikdə “Rəsmi elanlar” mövzusunda dəyirmi masa keçirəcək. Səfirliyin mətbuat müşavirliyindən APA-ya verilən məlumat görə, mayın 29-da saat 15:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək tədbiri Türkiyə səfiri Hüseyn Avni Karslıoğlu və Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov açıq elan edəcəklər. Sonra Türkiyə Mətbuat Elanları Qurumunun rəhbəri Ertan Cillov məruzə ilə çıxış edəcək. O, Türkiyə Mətbuat Elanları Qurumunun fəaliyyəti, Türkiyədə rəsmi və özəl elan-reklam məsələləri barədə məlumat verəcək, iştirakçıları maraqlandıran sualları cavablandıracaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR