Hüquq müdafiəçiləri beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri ilə mətbuatın vəziyyətini müzakirə ediblər

Hüquq müdafiəçiləri beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri ilə mətbuatın vəziyyətini müzakirə ediblər
# 23 may 2007 11:02 (UTC +04:00)
Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri jurnalistlərin həbsi, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin nəşrini dayandırması ilə bağlı ölkədə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə görüşlər keçiriblər. Bu barədə APA-ya açıqlamasında Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, onun, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Arzu Abdullayevanın iştirakı ilə ATƏT-in Bakı Ofisində, ABŞ və Böyük Britaniya səfirliklərində görüşlər keçirilib: “Biz beynəlxalq qurumlardan Azərbaycanda mətbuatın vəziyyəti ilə maraqlanmağı və dəstək olmağı xahiş etdik”.
S. Qocamanlı deyib ki, bu görüşlər davam etdəcək. Hüquq müdafiəçiləri sabah Fransa səfirliyin təmsilçiləri, o biri gün isə Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Biribosia ilə görüşəcəklər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR