“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli vəkili ilə görüşüb

“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli vəkili ilə görüşüb
# 24 may 2007 12:54 (UTC +04:00)
Vəkil Aslan İsmayılov bu gün 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli ilə görüşüb. A. İsmayılov APA-ya açıqlamasında bildirib ki, R. Kəbirlinin saxlanma şəraitindən narazılığı yoxdur: “Redaktor dedi ki, onunla birgə həbs edilən həmkarı Yaşar Ağazadə də Apellyasiya Məhkəməsinin ədalətli qərar çıxaracağına əmindirlər. Rövşən Kəbirli özünü günahkar saymır, o, heç kimin şərəf və ləyaqətini alçaltmadıqlarını dedi”.
Vəkilin sözlərinə görə, Yasamal rayon Məhkəməsinin jurnalistlərin həbsi ilə bağlı hökmündən bu günlərdə apellyasiya şikayəti veriləcək.
Qeyd edək ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR