“Bakı Xəbər” qəzeti nəşrini dayandırıb

“Bakı Xəbər” qəzeti nəşrini dayandırıb
# 30 may 2007 09:02 (UTC +04:00)
Bu barədə APA-ya qəzetin baş redaktoru Aydın Quliyev məlumat verib. Onun sözlərinə görə, qərar bu gün qəzetin yaradıcı heyətinin iclasında qəbul olunub. A. Quliyev sabah “Bakı Xəbər”in son sayının satışa çıxacağını bildirib: “Maliyyə problemləri ucbatından nəşrimizi dayandırmalı olduq. Bu, müvəqqəti də ola bilər, daimi də. Qəzetin nəşr edilib-edilməyəcəyindən asılı olmayaraq, nəşriyyata olan borcumuzu ödəməyə çalışacağıq”. A. Quliyev yaxın günlərdə nəşriyyat rəhbərliyi ilə görüşüb borcun ödənməsi üçün vaxt istəyəcək.
Qeyd edək ki, “Bakı Xəbər” qəzeti 2003-cü il sentyabrın 4-dən nəşr edilir. Bu müddətdə qəzet həftədə 6 dəfə, parlament seçkiləri ərəfəsində isə hər gün çıxıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR