Terri Devis: “Azərbaycanda mətbuatla bağlı vəziyyətdən narahatam”

Terri Devis: “Azərbaycanda mətbuatla bağlı vəziyyətdən narahatam”
# 31 may 2007 14:15 (UTC +04:00)
Avropa Şurasının (AŞ) baş katibi Terri Devis Azərbaycanda mətbuatın vəziyyətindən narahat olduğunu bildirib. APA-nın Strasburqa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Terri Devis müxalifət və iqtidar arasında debatların təkcə parlamentdə aparılmamalı, həm də mətbuatda əks olunmalıdır. T. Devis mətbuatla bağlı problemlərin AŞ-a üzv ölkələrin hər birində olduğunu, Cənubi Qafqazda xüsusilə narahatçılıq doğurduğunu deyib. O, prezident İlham Əliyevin məmurlara jurnalistləri məhkəməyə verməmək, cəza çəkmək yerlərinə göndərməmək barədə tövsiyəsindən şad olduğunu deyib. Baş katib Azərbaycanda son illər iqtisadi irəliləyişin baş verməsinin Avropa Şurasını sevindirdiyini də qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR