“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşı ilə bağlı beynəlxalq təşkilatlara müraciət olunub

“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşı ilə bağlı beynəlxalq təşkilatlara müraciət olunub
# 05 iyun 2007 08:50 (UTC +04:00)
“Müxalifət” qəzetinin 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadənin Hüquqlarını Müdafiə Komitəsi jurnalistlərin azad olunması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Müdafiə Komitəsinin sədri Vaqif Hacıbəyli APA-ya açıqlamasında bildirib ki, müraciət Avropa Şurası Parlament Assambleyasına, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna, ABŞ Dövlət Departamentinə göndərilib: “Adı çəkilən qurumlardan xahiş etmişik ki, jurnalistlərin azad olunması ilə bağlı mümkün olan köməkliyi göstərsin”.
Qeyd edək ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR