Gəncədə “Media və ictimai əlaqələr” mövzusunda seminar keçiriləcək

Gəncədə “Media və ictimai əlaqələr” mövzusunda seminar keçiriləcək
# 07 iyun 2007 13:05 (UTC +04:00)
İyunun 13-14-də Gəncədə “Media və ictimai əlaqələr” mövzusunda seminar keçiriləcək. Qərb bölgəsində fəaliyyət göstərən qeyri-hökümət təşkilatları nümayəndələrinin qatılacağı iki günlük treninqin keçirilməsində əsas məqsəd ictimai əlaqə vasitələrinin planlaşdırılması, təşkili və idarəçiliyi işindəki bacarıqlarını təkmilləşdirməkdən ibarətdir. Seminarı “Gələyəyə körpü” gənclər ictimai birliyi təşkil edəcək. Bu barədə APA-nın qərb bürosuna birliyin sədri Müşfiq Cəfərov məlumat verib. Onun sözlərinə görə, ABŞ-ın İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən “Vətəndaş Cəmiyyəti” layihəsi çərçivəsində təşkil olunacaq bu təlimlərdə ictimai əlaqələr şöbəsinin təşkili və onun vəzifələri, mətbuat konfranslarının təşkil edilməsi, mətbuat katibinin vəzifələri, press-relizlərin hazırlanması və yayılması qaydaları və digər bu kimi vacib məsələlər iştirakçılara aşılanacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR