Qırğızıstan jurnalistləri Azərbaycanın təcrübəsindən yararlanmaqla Mətbuat Şurası yaratmağa hazırlaşır

Qırğızıstan jurnalistləri Azərbaycanın təcrübəsindən yararlanmaqla Mətbuat Şurası yaratmağa hazırlaşır
# 20 iyun 2007 13:59 (UTC +04:00)
Qırğızıstan jurnalistləri yaxın zamanlarda Azərbaycan Mətbuat Şurasının təcrübəsindən yararlanmaqla eyni adlı qurum yaratmağa hazırlaşır. Bu barədə APA-ya Qırğızıstana səfərdən qayıtmış Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O, “KİV-də özünütənzimləmə” mövzusunda Bişkekdə keçirilən konfransa ekspert kimi qatılıb. Toplantıda Qırğızıstan Mətbuat Şurasının yaradılması məqsədilə işçi qrup formalaşdırılıb. İşçi qrup şuranın yaradılmasına hazırlıq işlərini həyata keçirəcək. Tədbirdə yaxın vaxtlarda Qırğızıstan jurnalistlərinin forumunun keçirilməsi və Mətbuat Şurasının təsis olunması qərara alınıb. Foruma Azərbaycandan da ekspertlər dəvət olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR