Bakı Şəhər İcra Hakimiyyəti jurnalistlərin iyunun 23-də yürüş-mitinq keçirməklə bağlı müraciətinə cavab verib

Bakı Şəhər İcra Hakimiyyəti jurnalistlərin iyunun 23-də yürüş-mitinq keçirməklə bağlı müraciətinə cavab verib
# 21 iyun 2007 15:26 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) jurnalistlərin iyunun 23-də yürüş-mitinq keçirməklə bağlı müraciətinə cavab verib. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin APA-ya verdiyi məlumata görə, BŞİH bu dəfə də aksiyanın “Neftçilər” metro stansiyasının yanından yürüşlə başlaması və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yaxınlığındakı meydanda mitinqlə davam etməsinə razılıq verməyib. İcra Hakimiyyəti jurnalistlərə göndərdiyi cavab məktubunda aksiyanın Ukrayna meydanında keçirilməsinə icazə verib. Q. Zahid bildirib ki, jurnalistlər Ukrayna meydanında mitinq keçirmək fikrində deyillər və buna görə də aksiyanın təxirə salınması gözlənilir. Baş redaktor məsələ ilə bağlı sabah redaktorların müzakirə aparıb qərar qəbul edəcəklərini deyib. Şəhər rəhbərliyinin cavabında aksiyanın yerinin dəyişdirilməsinə heç bir izahın verilmədiyini deyən Q. Zahid jurnalistlərin elan edilməmiş aksiyalar keçirəcəklərini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR