Sumqayıtda nəşr olunan “Yüksəliş naminə” qəzetinin baş redaktoru və əməkdaşı saxlanılıb
22 iyun 2007 11:59 (UTC +04:00)
Sumqayıtda nəşr olunan “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd və əməkdaşı Elçin Həsənov polis tərəfindən saxlanılıb. Bu barədə APA-ya E. Məmməd məlumat verib. Baş redaktor bildirib ki, bu gün onları Sumqayıt Dövlət Universitetinə çağırıblar: “Universitetdə prorektor Məmməd Əhmədovla görüşdük. Sonra şəhər Polis İdarəsinin birinci polis bölməsinin əməkdaşları gəldilər və bizi bölməyə gətirdilər. Hazırda bölmədəyik, indiyədək bizi buraya gətirmələrinin səbəbini deməyiblər”. Qeyd edək ki, adıçəkilən şəxslərin adı xaricdən siyasi sığınacaq almaq üçün müraciət etmiş 24 jurnalistin siyahısında var. /APA/
Media
MEDİA ADA-da “Böhran kommunikasiyası” mövzusunda təlim keçirib
09:56
25 aprel 2024
MEDİA sosial şəbəkə istifadəçilərinə çağırış edib
17:12
22 aprel 2024
MEDİA: Ermənistan mediasında mənbəyi olmayan məlumatlar yayılır
13:16
20 aprel 2024
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir
13:04
19 aprel 2024