BMT-nin Ali Komissarı: Son 10 ildə 1300-dən çox jurnalist öldürülüb

BMT-nin İnsan Haqqları üzrə Ali Komissarı Volker Turk

© APA | BMT-nin İnsan Haqqları üzrə Ali Komissarı Volker Turk

# 18 yanvar 2023 13:32 (UTC +04:00)

“Dünyanın hər yerində jurnalistlərin təhlükəsizliyi məsələsi xüsusi bir problemə çevrilib”.

APA xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirəsində çıxışı zamanı deyib.

Ali Komissarın sözlərinə görə, son 10 ildə 1300-dən çox jurnalist öz peşəkar işini gördüyü üçün öldürülüb.

“Bu jurnalistlər problemlərə diqqət çəkmək istəyirdilər, lakin nəticədə onlar müdafiə olunmadılar”, - Turk bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR