Əhməd İsmayılov: İstinad hüququ pozulursa, MEDİA-ya rəsmi müraciət edilməlidir

Əhməd İsmayılov

© APA | Əhməd İsmayılov

# 12 yanvar 2023 13:15 (UTC +04:00)

“İstinad hüququ müəlliflik hüququ ilə eynidir”.

APA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O qeyd edib ki, istinad məsələsi "Media haqqında" Qanunla tənzimlənir və Agentliyə müraciət olunarsa, qanunun müvafiq maddəsi işə düşəcək: “Biz istinadlarla bağlı məsələni proqram təminatı formasında həll etmişik. Hansısa saytın materialının digər media subyektində getdiyini görürük. Bu baxımdan istinad hüququ pozulursa, Agentliyə rəsmi müraciət edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR