Markov: “Birinci Kanal"dakı təxribatı iş adamı Ruben Vardanyanın şəbəkəsi təşkil edib

Markov: “Birinci Kanal"dakı təxribatı iş adamı Ruben Vardanyanın şəbəkəsi təşkil edib
# 21 oktyabr 2022 12:59 (UTC +04:00)

Rusiyanın "Birinci Kanal"ında yayımlanan "Boşlaya İqra" tok-şousunda səslənən fikirlər birbaşa Rusiya dövlətinin və Prezident Vladimir Putinin mövqeyinə ziddir.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.

Onun sözlərinə görə, "Birinci Kanal" da baş verən bu təxribat erməni iş adamı Ruben Vardanyanın şəbəkəsi tərəfindən təşkil olunub: "Məlumdur ki, o Azərbaycan ərazisinə gedərək, oradakı qondarma işğalçı rejimin "dövlət naziri" olub. Lakin Vardanyan rusiyalı milyarderdir və onun Rusiyanın kütləvi informasiya vasitələrində, o cümlədən televiziya kanallarında çoxlu sayda öz adamları var. Onların arasında erməni olmayan ruslar var ki, qatı ermənipərəst mövqe sərgiləyirlər. "Birinci Kanal"da tok-şouları idarə edən Atryom Şeynin də məhz belələrindəndir. Əlbəttə ki, belə çıxışlar dost ölkə olan Rusiya ilə Azərbaycan arasında düşmənçilik toxumları səpir. Bu cür çıxışlara son verilməlidir. Düşünürəm ki, Azərbaycan Vardanyanın şəbəkəsinin anti-Azərbaycan fəaliyyətini dayandırmaqla bağlı sərt şəkildə məsələ qaldırmalıdır. Onsuz da, Vardanyan Rusiya vətəndaşlığından imtina edib, hazırda o, daha çox Rusiyanın düşmənləri olan Fransa və ABŞ-ın dəstəyini alır. Ona görə də, Vardanyanın Rusiya mediasındakı anti-Azərbaycan şəbəkəsində son qoymaq üçün yaxşı vaxtdır. Çünki bu şəbəkə faktiki olaraq həm də Rusiyanın dövlət maraqlarına qarşı çıxmağa başlayıb, Moskvanın Azərbaycan və Türkiyə ilə münasibətlərini korlamağa çalışır".

Markov onu da bildirib ki, Putinin Rusiya, Azərbaycan və Türkiyə arasında dostluq siyasətinin tərəfdarları "Birinci Kanal"dan süni şəkildə kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR