Şuşada TDT-nin audiovizual media üzrə Niyyət Bəyannaməsi imzalanıb - YENİLƏNİB-1

Şuşada TDT-nin audiovizual media üzrə Niyyət Bəyannaməsi imzalanıb - YENİLƏNİB-1
# 28 oktyabr 2022 14:54 (UTC +04:00)

Xəbər verildiyi kimi Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısı Şuşada öz işinə davam edib.

APA xəbər verir ki, rəsmi hissə bitdikdən sonra qonaqlar Cıdır düzündə olublar.

***

12:46

Bu gün Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması barədə Niyyət Bəyannaməsi imzalanıb.

APA xəbər verir ki, Türkiyə tərəfinin təqdim etdiyi Konsepsiya müzakirə edilib və son nəticədə Niyyət Bəyannaməsi imzalanıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov da bəyanatın vacibliyindən danışaraq bildirib ki, bakıda bununla bağlı kifayət qədər geniş müzakirələr aparıblar:

“Artıq bir konsensiuma gəlmiş olduq. Biz dünən forumun yaradılması ilə bağlı da danışıqlar apardıq. Bu forumun yaradılmasında Türkiyə Radio və Televiziya Ali Şurasının sədri Əbubəkir Şahin ilə müzakirələr apardıq. Gələn ilin yaz aylarında Türkiyə şəhərlərinin birində forumun ilk iclası keçiriləcək. Mən Forumun parlaq gələcəyinə inanıram. Biz də öz növbəmizdə Forumun davamlı olması üçün çalışacağıq."

Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin nümayəndələri imzalanmış niyyət bəyannaməsi ilə bağlı fikirlərini bildiriblər. Türkiyə Radio və Televiziya Üst Qurumunun (RTÜK) başqanı Əbubəkir Şahin Türk dövləti Təşkilatının Şuşanın inkişafı ilə əlaqədar əllərindən gələn yardımı əsirgəməyəcəklərini qeyd edib:

"Dünən vacib toplantı keçirildi. Niyyət Bəyyanaməsini imzalamaqla Təşkilatın daha da beynəlxalq səviyyədə tanınmasına dəstək olacağıq. Bu gün bizim üçün dəyərli toplantı iştirakçılarını Şuşada görməkdən çox sevincliyik. Biz böyük inteqrasiyaya kiçik addımlar atırıq. Yaradılacaq Forumun böyük əhəmiyyəti var. Türk dünyasında çox ciddi yaraları olan şəhərdir Şuşa. Burada qürurla gəzməyimizə sevincliyik. Bu görüşün təşkilində hamıya minnətdarıq. Şuşa mədəniyyət paytaxtıdır. Gələcəkdə Forumun da Şuşada keçirilməsini planlaşdırırıq."

Qırğız nümayəndəsi Bektur İbraqimov isə dəvətə görə Azərbaycana təşəkkür edib və deyib ki, birlikdə böyük və gözəl işlər görülüb.

Özbəkistan nümayəndəsi Uluqbek Azamov da bildirib ki, tarixi Şuşa şəhərində olmaqdan məmnundur və buna görə təşkilatçılara minnətdarlığını bildirib: "Bu görüşlərlə Türk Dövlətləri Təşkilatına inteqrasiya daha da güclənəcək. Biz qonaqpərvərliyə görə təşəkkür edirik”.

Türkmənistan nümayəndəsi Allamirat Arçayev isə belə bir tarixi günün vacibliyini qeyd edib:

“Görüşlərimiz bugünkü cəmiyyətimizin inkişafına dəstək olacaq. Türkmənistanın radio və televiziyaçıları adından təşəkkürümü bildirirəm. Biz Türk Dövlətləri Təşkilatının bütün üzvləri ilə işləməyə hazırıq".

***

11:29

Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısı davam edir.

APA xəbər verir ki, bu gün Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması barədə Niyyət Bəyannaməsinin imzalanması üçün hazırlıqlar başlayıb.

Oktyabrın 27-də Toplantının Bakıda keçirilən iclasında razılaşdırılan Niyyət Bəyannaməsinin rəsmi imzalama mərasiminin keçirilməsi planlaşdırılır.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR