Zəngilan və Qubadlıda ötürücü stansiyaların gücünü artırmaq imkanları məhduddur

Zəngilan və Qubadlıda ötürücü stansiyaların gücünü artırmaq imkanları məhduddur
# 26 dekabr 2022 12:14 (UTC +04:00)

"Qarabağ və Şərqi Zəngəzurda relyef əlverişsiz olduğundan ötürücü stansiyaların sayı artırılmalıdır".

APA xəbər verir ki, bunu Audiovizual Şuranın Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin müdiri İsa Məmmədov deyib.

O bildirib ki, Zəngilan və Qubadlıda stansiyaların gücünü artırmaq imkanları məhduddur:

"Çünki İranla sərhəddə yerləşdiklərindən, gücü artıranda İranın televiziya məkanına daxil oluruq. Düzdür İran kanalları da bizim sərhəd regionlarda göstərir. Lakin bu stansiyalar əvvəlcədən reyestrə salınanlardır. Hazırda yeni stansiya qurulanda, əgər digər ölkəyə maneə yaradırsa, veto qoyulur".

Şöbə müdiri qeyd edib ki, bu vaxta qədər Hadrud, Şuşa, Mincivan, Qubadlıda yeni stansiyalar qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR