ANAMA: Mina partlayışlarının 70 faizi keçmiş təmas xəttindən arxada baş verib

ANAMA: Mina partlayışlarının 70 faizi keçmiş təmas xəttindən arxada baş verib
# 26 may 2023 11:17 (UTC +04:00)

İndiyə qədər qeydə alınan mina partlayışlarının təxminən 70 faizi əvvəlki təmas xəttindən arxada baş verib.

APA xəbər verir ki, bunu Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransda çıxışında ANAMA idarə heyətinin sədrinin müavini Samir Poladov panel çıxışında bildirib.

O vurğulayıb ki, tikinti-quruculuq işləri üçün ilk növbədə bu ərazilər minalardan təmizlənməlidir: "Bu ərazilərdə kasetli sursatlar, piyada və tank əleyhinə minalar, partlamamış sursatlar aşkar olunur. Ən çox rast gəlinən minalar plastik minalardır. Bu, Ermənistanda istehsal olunan minalardır. Ermənistanda istehsal olunan bu minalar Rusiyada istehsal olunan minaların bir növ kopyalarıdır, amma müəyyən dərəcədə fərqlənirlər".

O deyib ki, Azərbaycana verilən xəritələrin yalnız 25 faizinə inanmaq olar: "Statistika göstərir ki, indiyə qədər mina partlayışlarının 70 faizi əvvəlki təmas xəttində arxada baş verib".

O deyib ki, ANAMA-nın hədəfi təmizlənən ərazilərin sahəsini illik 50 min hektara çatdırmaqdır.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR