"Fövqəladə Hallar Nazirliyində ali hərbi (xüsusi) rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 22 dekabr 2021 16:48 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 noyabr tarixli 574 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində ali hərbi (xüsusi) rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 noyabr tarixli 574 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 902; 2012, № 12, maddə 1300; 2018, № 12 (I kitab), maddə 2650) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində ali hərbi (xüsusi) rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR