Azərbaycan prezidenti idmanın inkişafında xidmətləri olan şəxslərin təltif olunması haqqında sərəncamlar imzalayıb - SİYAHI

Azərbaycan prezidenti idmanın inkişafında xidmətləri olan şəxslərin təltif olunması haqqında sərəncamlar imzalayıb - <font color=red>SİYAHI</font>
# 07 noyabr 2012 14:20 (UTC +04:00)
APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 20 illik yubileyi münasibətilə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”

Əliyev Elxan İzzət oğlu
Əliyev Şahin Kamoş oğlu
Məmmədli Oruc Mehbalı oğlu
Məmmədli Süleyman Bağır oğlu
Məmmədov Rafiq Allahverdi oğlu
Rəhimov Nazir Həzrətqulu oğlu

“Əməkdar Jurnalist”

İsmayılov Eldar Xankişi oğlu
Məmmədov Bəxtiyar Miryusif oğlu

Dövlət başçısı idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında
da sərəncam imzalayıb. Sərəncamda deyilir ki, MOK-un yaradılmasının 20 illik yubileyi münasibətilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Abiyev Ağacan Qulam oğlu
Mədətov İlham İsa oğlu

“Tərəqqi” medalı ilə

Əliyev Akif Arif oğlu
Əliyev Natiq Avil oğlu
Hümbətov Cəfər İslam oğlu
Mehdiyev Qabil Sabir oğlu
Nəcəfov Dilavər Ədalət oğlu
Spirina İrina Anatolyevna

Prezident İ. Əliyev Babanlı Tofiq Xanlar oğlu, Rəcəbli Əhməddin İzzət oğlu və Zeynalov Elçin Hidayət oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, Zərifə Teymur qızı Salahova və Ələkbər Əmir oğlu Məmmədova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilməsi haqqında da sərəncamlar imzalayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR