Azərbaycan Tokio-2020-yə 16-cı lisenziyanı qazanıb

Azərbaycan Tokio-2020-yə 16-cı lisenziyanı qazanıb
  • Clock-gray 21:32
  • calendar-gray 18 Mart 2021

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

Apasport.az saytının məlumatına görə, milli komandamıza növbəti vəsiqəni sərbəst güləşçi Hacı Əliyev qazandırıb. 

30 yaşlı üçqat dünya çempionu Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 65 kq çəki dərəcəsində mübarizə aparan güləşçi 1/2 finalda Maksim Sakultandan (Moldova) üstün olub. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əliyev təsnifat yarışında həlledici görüşə də vəsiqəyə yiyələnib.  

Qeyd edək ki, bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 16-ya çatıb. Əliyevdən öncə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadniklə (50 kq) Şərif Şərifov (97 kq), taekvondoçu Milad Beiqi Harçeqani (80 kq), boksçu Tayfur Əliyev (57 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq) da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də idmançımıza iştirak hüququ verilib.

Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

ApaSport

Digər xəbərlər