Tokio-2020: Məşəlin gəzintisi dayandırılıb

Tokio-2020: Məşəlin gəzintisi dayandırılıb
  • Clock-gray 16:31
  • calendar-gray 07 Yanvar 2021

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının məşəlinin gəzintisi təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna ölkədə koronavirus pandemiyasının artması ilə əlaqədar fövqəladə vəziyyətin elan edilməsi səbəb olub.

Ötən il noyabrın 3-də “The Two Torches” səkkiz ayı əhatə edəcək 62 şəhər və rayonları səyahətə çıxıb. Bu ay Akiruno, Fussa, Musasimurayama, Tatikava, Kunitaçi və Kokubuncidə məşəlin sərgisi olmalı idi.

Lakin Tokio rəhbərliyi turu dayandırmağı məqsədəuyğun sayıb. Təxirə salınmanın yanvarın sonunadək olacağı gözlənilir.

Qeyd edək ki, Olimpiya Oyunlarının iyulun 23-dən avqustun 8-dək, Paralimpiadanın avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

ApaSport

Digər xəbərlər