Azərbaycan güləşçiləri Avropa Gənclərinin Yay Olimpiya Festivalı üçün son hazırlıqları keçirlər

Azərbaycan güləşçiləri Avropa Gənclərinin Yay Olimpiya Festivalı üçün son hazırlıqları keçirlər
# 04 iyul 2019 16:54 (UTC +04:00)

Güləş üzrə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandaları Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının son hazırlıqlarına başlayıblar.

APA-nın məlumatına görə, sərbəst güləş yığma bu gün Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.

Yeniyetmə qızlar festivala hazırlığı paytaxtda davam etdirirlər.

Yunan-Roma güləşçilərimiz isə iyunun 26-dan Göygöldə hazırlıq keçir. Yerli Olimpiya İdman Kompleksində böyük məşqçi Taleh İsrafilov və məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında 22 güləşçi toplanışda iştirak edir.

Qeyd edək ki, festival iyulun 21-də start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR