Azərbaycan samboçusu: "Erməni rəqibim uduzmağı ilə barışa bilmirdi"

Azərbaycan samboçusu: "Erməni rəqibim uduzmağı ilə barışa bilmirdi"
# 22 iyun 2019 19:18 (UTC +04:00)

"Erməni rəqibimə qalib gəldiyim üçün sevincliyəm. Görüş çox çətin olmadı. Onunla görüşdən əvvəl də qalib gələcəyimə əmin idim".

APA-nın Minskə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu erməni samboçusu Maksim Manukyanı məğlub edərək Azərbaycana II Avropa Oyunlarında ilk bürünc medalı qazandırmış Mehman Xəlilov deyib.

O bildirib ki, rəqibi məğlubiyyəti ilə barışa bilmədiyindən əlini sıxmayıb: "Məşqçinin əlavə motivasiya verməyinə hər zaman ehtiyac var. Amma rəqibim düşmən ölkədən olduğu üçün ikiqat motivasiyam vardı. Güləşdən sonra əlimi sıxmadı? Hə, nəsə uduzmağından narazı idi. Uduzmağı ilə barışa bilmirdi. Mənim atdığım dörd xala etiraz bildirdilər. Amma hakimlər təkrara baxdıqdan sonra gördülər ki, düz qərar veriblər. Rəqibim erməni olduğu üçün ilk dəqiqələrdə həyəcan vardı. Amma adam get-gedə açılışır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR