Bakı-2019: Gimnastika yarışları üçün iştirakçı sayı dəqiqləşib

Bakı-2019: Gimnastika yarışları üçün iştirakçı sayı dəqiqləşib
# 03 iyul 2019 12:42 (UTC +04:00)

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçiriləcək gimnastika yarışının iştirakçı sayı açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasından APA-ya verilən məlumata görə, idman gimnastikası üzrə baş tutacaq mübarizədə 39 ölkənin komandası qüvvəsini sınayacaq.

Onlar arasında Avstriya, Belarus, Belçika, Çexiya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, İslandiya, İrlandiya, İtaliya, Litva, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, İspaniya, İsveç və İsveçrə tam heyətlə - 6 gimnastla təmsil olunacaq. Azərbaycan yığması isə Bakı-2019-a 5 idmançı (3 oğlan, 2 qız) ilə qatılacaq.

Paytaxtımızda ümumilikdə 184 gimnast 14 dəst medal uğrunda gücünü yoxlayacaq. Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda iyulun 22-26-da olacaq.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR