Bakı-2019: Üçüncü günün gündəliyi

Bakı-2019: Üçüncü günün gündəliyi
# 23 iyul 2019 01:00 (UTC +04:00)

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalı davam edir.

APA-nın məlumatına görə, iyulun 23-də 9 idman növü üzrə yarışlar baş tutacaq.

Bu da Bakı-2019-un rekordudur. Belə ki, bir həftə davam edəcək yarışda yalnız bu gün 9 növdə mübarizə yaşanacaq. Proqramda olan 10 növdən yalnız cüdoçular azarkeşlər önünə çıxmayaq.

Doqquz növdən beşində mükafatlar sahibini tapacaq. Əvvəlki gündə ümumilikdə 14 dəst medal sahibini tapmışdısa, bu dəfə 23 dəst mükafat uğrunda mübarizə yekunlaşacaq. Üzgüçülük və atletika davam edəcək, güləşə isə yekun vurulacaq. İdman gimnastikası və velosiped idmanının ilk yarış günü mükafatlandırma ilə də diqqət çəkəcək.

Komanda idman növləri – basketbol, həndbol və voleybolda qrup mərhələsinin növbəti matçları keçiriləcək. Tennisçilər isə olimpiya sistemi ilə mübarizəni davam etdirəcək.

Azərbaycanın 4 komandası da qüvvəsini sınayacaq. Bundan başqa, ölkəmizin 7 güləşçisi, 6 velosipedçisi, 4 üzgüçüsü, 3 gimnastı, 2 atleti də bacarığını nümayiş etdirəcək.

İdman gimnastikası
10:00. Oğlanlar, çoxnövçülük, komanda yarışı
Mansum Səfərov, Səməd Məmmədli, Ağakazım Rüstəmov
Basketbol
Oğlanlar, A qrupu, II tur
18:15. Fransa – Azərbaycan
Atletika
09:10. Qızlar, uzunluğa tullanma, təsnifat
Ləman Hüseynova
10:40. Oğlanlar, 400 m, I mərhələ
Teymur Salahzadə
Velosiped idmanı
10:00. Qızlar, fərdi vaxtla yürüş
Lalə Əbdürəhmanova, Məleykə İsgəndərova, Gülşən İsmayılova
17:00. Oğlanlar, fərdi vaxtla yürüş
Mustafa Muxtarlı, Nofəl Nuriyev, Nikita Şitov
Güləş
10:30. Sərbəst güləş
51 kq, 1/8 final
Kənan Heybətov - İ.Terzi (Ukrayna)
65 kq, 1/8 final
Cəbrayıl Hacıyev - D.Patsinaşvili (Gürcüstan)
10:30. Yunan-Roma güləşi
51 kq, 1/8 final
Elmir Əliyev - C.Andresen (Norveç)
65 kq, təsnifat
Xasay Həsənli - F.Bukis (Yunanıstan)
10:30. Qadın güləşi
53 kq, 1/8 final
Elnurə Məmmədova - F.Vizi (Macarıstan)
57 kq, 1/8 final
Birgül Soltanova - D.Manuil (Rusiya)
65 kq, 1/8 final
Nigar Mirzəzadə - M.Trautman (Almaniya)
Həndbol
Qızlar, B qrupu, II tur
14:30. Azərbaycan – Macarıstan
Oğlanlar, A qrupu, II tur
20:30. Danimarka – Azərbaycan
Voleybol
Oğlanlar, A qrupu, II tur
18:30. Azərbaycan – Belarus
Üzgüçülük
09:00. Oğlanlar, 100 m, sərbəst üsulla
Maksim Petrenko
09:12. Qızlar, 400 m, sərbəst üsulla
Aysel Səfərova
09:44. Oğıanlar, 200 m, batterflyay
Ramil Vəlizadə
10:40. Oğlanlar, 1500 m, sərbəst üsulla
Rəşad Əliquliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR