Minsk-2019: Azərbaycan badmintonçusu mübarizəni dayandırıb

Minsk-2019: Azərbaycan badmintonçusu mübarizəni dayandırıb
# 27 iyun 2019 14:41 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında kişi badmintonçuların 1/8 final mərhələsi start götürüb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan yığmasının üzvü Ezmi Qovimuramadhoni 1/4 finala vəsiqə uğrunda mübarizə aparıb.

O, Mark Kalyou (Hollandiya) ilə qarşılaşıb. İlk setdə uduzan təmsilçimiz növbəti hissədə qalib gəlməyi bacarıb.

Cütün taleyinə 3-cü set aydınlıq gətirib. Həlledici hissədə qalib gələn hollandiyalı 1/4 finala yüksəlib – 2:1 (21:12, 17:21, 21:14). 1/8 finalda uduzan badmintonçumuz Avropa Oyunlarında çıxışını başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR