Minsk-2019: Azərbaycan boksçusu 1/8 finalda mübarizəni dayandırıb

Minsk-2019: Azərbaycan boksçusu 1/8 finalda mübarizəni dayandırıb
# 24 iyun 2019 20:20 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan yığmasının daha bir boksçusu mübarizəyə başlayıb.

İlk mərhələdən azad olan Məsud Yusifzadə 1/8 final döyüşünə çıxıb. 52 kq çəki dərəcəsində çıxış edən boksçumuz ukraynalı Dimitri Zamotayevlə qarşılaşıb.

“Uruçye Arena”da baş tutan görüşdə Ukrayna boksçusunun qələbəsi ilə başa çatıb. 1/4 finala vəsiqə şansını itirən M.Yusifzadə isə Avropa Oyunlarında çıxışını başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR