Minsk-2019: Azərbaycan boksçusu Avropa Oyunlarının finalına yüksəlib - YENİLƏNİB - FOTOSESSİYA

Minsk-2019: Azərbaycan boksçusu Avropa Oyunlarının finalına yüksəlib - YENİLƏNİB - FOTOSESSİYA
# 28 iyun 2019 18:29 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 81 kq çəki dərəcəsində yarımfinal mərhələsi başa çatıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, italiyalı Simone Fiorini məğlub edən Azərbaycan təmsilçisi Alfonso Dominqesin rəqibi ikinci yarımfinalda müəyyənləşib.

Böyük britaniyalı Bencamin Vittaker ermənistanlı Qor Nersesyan üzərində 5:0 hesablı qələbə qazanaraq finala yüksəlib. O, A.Dominqesə rəqib olub.

Qeyd edək ki, sabah “Ureçye Arena”da keçiriləcək final qarşılaşması Bakı vaxtı ilə saat 18:55-də başlayacaq.

****

Saat. 18:04

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışlarında yarımfinal mərhələsinin döyüşləri davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan yığmasının boksçusu Alfonso Dominqes “Uruçye Arena”da növbəti görüşünə çıxıb.

81 kq çəki dərəcəsində çıxış edən boksçumuz həm də Avropa çempionatı statusu daşıyan yarışın finalına vəsiqə uğrunda italiyalı Simone Fiori ilə görüşüb. Bunadək ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0 hesabı ilə məğlub edən boksçumuz ardıcıl 4-cü qələbəsini qazanıb. Bununla da təmsilçimiz ən azı gümüş medalı təmin edib.

O, finalda Qor Nersesyan (Ermənistan) – Bencamin Vittaker (Böyük Britaniya) cütünün qalibi ilə görüşədək. Final qarşılaşması iyunun 29-da baş tutacaq.

Qeyd edək ki, bunadək yarımfinal döyüşünü keçirən digər Azərbaycan təmsilçisi Lorenzo Sotomayor (69 kq) məğlub olaraq bürünc medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR