Minsk-2019: Azərbaycan boksçusu Avropa Oyunlarının qalibi olub

Minsk-2019: Azərbaycan boksçusu Avropa Oyunlarının qalibi olub
# 29 iyun 2019 19:19 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında boksçuların final döyüşləri keçirilir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan yığmasının üzvü Alfonso Dominqes də həlledici döyüşünə çıxıb.

Bu, 81 kq çəki dərəcəsində çıxış edən təmsilçimizin “Ureçye Arena”da beşinci qarşılaşması olub. Bunadək ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0, yarımfinalda isə italiyalı Simone Fiorini 4:1 hesabı ilə məğlub edən boksçumuz böyük britaniyalı Bencamin Vittakerlə görüşüb. Boksçumuz 3:2 hesabı ilə qələbə qazanıb. Bununla da idmançımız Avropa çempionatı statusunu da daşıyan yarışın çempionu adına yiyələnib.

Bu, Azərbaycan boks millisinin Avropa Oyunlarında ikinci medalı olub. A.Dominqesə qədər Lorenzo Sotomayor yarışların bürünc mükafatını əldə edib. 69 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda uduzaraq üçüncü olub.

A.Dominqesin mükafatı Azərbaycan millisinin Minsk-2019-da 23-cü medalı olub. Bunlardan dördü qızıl, yeddisi gümüş, on ikisi bürüncdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR