Minsk-2019: Azərbaycan samboçularının rəqibləri müəyyənləşib

Minsk-2019: Azərbaycan samboçularının rəqibləri müəyyənləşib
  • Clock-gray 03:53
  • calendar-gray 22 İyun 2019

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışlarının püşkü atılıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün start götürəcək samboçuların mübarizəsi iki gün davam edəcək.

18 dəst medal uğrunda mübarizə aparan idmançılar yarışa 1/4 finaldan başlayacaqlar. Azərbaycan Minsk-2019-da 6 kişi və 1 qadın samboçu ilə təmsil olunacaq.

Təmsilçilərimizdən dördü yarışın ilk günü, üçü ertəsi gün xalça üzərinə çıxacaq.

Sambo
1/4 final
22 iyun
Kişilər
57 kq

Mehman Xəlilov – Vladislav Buroz (Belarus)    
68 kq
Emil Həsənov – Laslo Jolt-Soke (Rumıniya)
82 kq
Ceyhun Hüseynov – Besarionu Berulava (Gürcüstan)
Qadınlar
72 kq

Gözəl Zutova – Kamil Laros (Fransa)

23 iyun
Kişilər
52 kq

Ağasif Səmədov – Gintaras Katkus (Litva)
62 kq 
Cavidan Qarayev – Savvas Karakizidis (Yunanıstan)
74 kq
Abdulla Abdullayev – Dino-Dominik Sumpor (Xorvatiya)

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date