Minsk-2019: Azərbaycanlı akrobatlar 3-cü medallarını qazanıblar

Minsk-2019: Azərbaycanlı akrobatlar 3-cü medallarını qazanıblar
# 23 iyun 2019 19:52 (UTC +04:00)

Azərbaycanın idman akrobatları Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 3-cü medallarını qazanıblar.

APA-nın Minskə ezam olunan əməkdaşının məlumatına görə, idmançılarımız bu gün qarışıq cütlərin kombinə olunmuş hərəkətlərində qüvvələrini sınayıb.

Onların çıxışı 29,540 xalla qiymətləndirilib. Akrobatlarımız yalnız rusiyalılar Viktoriya Aksyonova və Kirill Startsevdən (29,580) geri qalaraq gümüş mükafata yiyələniblər.

Bu, Azərbaycan millisinin Minsk-2019-də 8-ci medalı olub.

R.Qurbalı və A.Əl-Məsaihi dünən dinamik və balans hərəkətlərində də mükafatçılar sırasına düşüb. Onlar özlərinin ilk yarış gününü gümüş və bürünclə tamamlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR