Minsk-2019: Gimnastımız Avropa Oyunlarında 8-ci yeri tutub

Minsk-2019: Gimnastımız Avropa Oyunlarında 8-ci yeri tutub
# 22 iyun 2019 20:03 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında bədii gimnastika üzrə ilk mükafatçılar bəlli olub.
APA-nın məlumatına görə, idmançılar fərdi çoxnövçülükdə mübarizə aparıblar.
Yarışda Azərbaycanı Zöhrə Ağamirova təmsil edib. O, dörd hərəkətin cəmində 72,400 xal toplayıb.
Gimnastımız topla 17,850, gürzlə 19,225, halqa ilə 19,100, lentlə 16,225 xal yığıb. Z.Ağamirova bu göstərici ilə 8-ci yeri tutub.

Qeyd edək ki, yarışın qalibi adına rusiyalı Dina Averina yiyələnib. O, 87,750 xal toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR