
- apa.az
- Olimpiada
Minsk-2019-un azərbaycanlı məsləhətçisi: "Bünövrə Azərbaycanda qoyulub, deməli, yazılmış qanunlar və strategiya var"
"Minsk-2019-un Əməliyyat Komitəsinin sədri Georgi Katulin ilə danışıqlardan sonra birgə hazırlıq işlərinə başladıq, gələcək strategiyanı və planlamanı hazırladıq. İlk gündən bütün departamentlər üzrə ekspert konsultant kimi çalışıram".
APA-nın məlumatına görə, bunu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına ezam olunmuş azərbaycanlı jurnalistlərə yarışın Əməliyyat Komitəsinin əməliyyatlar üzrə məsləhətçisi Samir Məmmədov deyib.
Minsk-2019-un təşkilatı işləri ilə bağlı ilk gündən komandada olan həmyerlimiz bildirib ki, onun II Avropa Oyunlarına dəvət almasında Bakı-2015-də təcrübəsi əsas götürülüb. Belarus dövləti onunla yanaşı, bir neçə azərbaycanlını analoji yarışda həyata keçirdikləri uğurlu layihələrin Minskdə tətbiqi üçün dəvət edib və birgə işlər həyata keçirilib.
S. Məmmədov Bakı-2015-dən sonra Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında da çalışıb və yarış başa çatan kimi dərhal II Avropa Oyunlarının təşkilati işləri üçün Belarusdan dəvət alıb: "Mən gələndən sonra Azərbaycandan da mütəxəssislər dəvət etdim. Çox qürur hissi ilə deyə bilərəm ki, iki il ərzində çəkdiyimiz əziyyətin bəhrəsini bu gün görürük".
O, Bakıda keçirilən ilk Avropa Oyunlarında qazandığı təcrübənin əhəmiyyətini xüsusi vurğulayıb: “Bakı-2015-də Azərbaycan Prezidenti İlham Əliyev, I vitse-prezident Mehriban xanım Əliyeva intensiv olaraq problemlərlə maraqlanırdılar, işçi heyəti ilə görüşürdülər. Bu isə bizdə böyük ruh yüksəkliyi yaradırdı. Bu onun nəticəsidir ki, bu gün biz xarici ölkədə müxtəlif vəzifələrdə mütəxəssis kimi çalışırıq”.
Onun sözlərinə görə, Minskdə Avropa Olimpiya Komitələrinin ekspertləri ilə hər görüşlərində ilk Avropa Oyunlarının yüksək təşkilatçılığından söz açıblar. Hazırda II Avropa Oyunlarının Əməliyyat Komitəsində bir neçə azərbaycanlı mütəxəssisin çalışdığını da deyən S.Məmmədov Minskdə olduqları dönəmdə onlara dəstək olan gənclər və idman naziri Azad Rəhimova, birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin Kooperativ direktoru Elçin Səfərova, azərbaycanlı və xarici həmkarlarına xüsusi təşəkkürünü bildirib: “Nəzərə alınsa ki, Avropa Oyunlarının bünövrəsi məhz Azərbaycanda qoyulub, deməli, yazılmış qanunlar və strategiya var. Amma Minsk də bu oyunlara özünəməxsusluğunu qata bilib. Məhz bir sıra məlumatların əldə olunmasında, istiqamətlərin müəyyənləşməsində onlardan aldığım informasiyalar əsasında yaranan və yarana biləcək təşkilati problemləri vaxtında aradan qaldırırıq, sağ olsunlar öz köməkliklərini əsirgəməyiblər”.
S.Məmmədov bildirib ki, II Avropa Oyunları başa çatan kimi Bakıya qayıdıb, XV Avropa Gənclərin Yay Olimpiya Festivalının təşkili işində çalışacaq: “Bununla bağlı dəvət almışam və yenidən Vətəndə çalışacağım üçün qürur hissi keçirirəm. Artıq Azərbaycanın Avropa, Olimpiya Oyunlarının təşkilati işlərində çalışan peşəkar mütəxəssisləri yetişib”.
Qeyd edək ki, II Avropa Oyunları iyunun 30-da yekunlaşacaq. Avropa Gənclərin Yay Olimpiya Festivalı isə iyulun 21-27-də keçiriləcək.
Tahir Hümmətov
Digər xəbərlər
XƏBƏR LENTİ
Quba sakinini maşın vurub
Hədə-qorxu yolu ilə həmyerlisinin 50 min manatını və avtomobilini alan Cəilabad sakini saxlanılıb
Göyçayda 300 baş cücə yanaraq tələf olub
Prezident İlham Əliyev Bəhreyn Kralını təbrik edib
Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib
Siraqəddin Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Cəlilabadda "QAZel" yanıb
Bakıda evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib
Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçilib
MSK: Seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatlara göndərilən dəvətlərə cavab reaksiyaları gəlməkdədir
Türkiyə nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib
Azərbaycan çempionatında yeni komanda oynayacaq
Parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib
Bu gündən çip oxuyan qurğular seçki məntəqələrinə paylanılacaq
Bakıda 12 milyon manatlıq dələduzluq edən iş adamı Ali Məhkəməyə müraciət edib
Goranboyda iki avtomobil toqquşub, yaralananlar var
Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir həbs olunub
"Şahdağ”da qış turizm mövsümünə start verilib
Azərbaycanda növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatıb
Ağcabədidə avtomobil toy karvanından çıxaraq qaz tənzimləyici şkafa çırpılıb
Metronun “İçərişəhər” stansiyasında UNEC tələbələrinin sərgisi keçiriləcək
Qardaşı arvadını boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayıb
Abbas Musəvi: "Azərbaycan və İran arasında viza rejiminin ikitərəfli ləğvi məsələsi hökumətin gündəliyindədir"
Qəza törədən avtomobil qaz xəttini zədələyib
MÜSİAD-ın təşkilatçılığı ilə 2021-ci ildə Azərbaycanda beynəlxalq biznes forum keçiriləcək
Türkiyədə yük qatarı avtomobillə toqquşub, 3 nəfər ölüb
FHN-də “EuroHome”da baş vermiş yanğının söndürülməsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib
Sabahın hava proqnozu
Yasamalda mağazadan 36 min manatlıq saat oğurlanıb
"Taliban" 9 əfqan hərbçini öldürüb
Bakıda 4 evdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Bakıda evdən qılınc oğurlanıb
Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Müsavat Partiyasının üzvləri namizədliklərini öz təşəbbüsləri ilə irəli sürürlər
Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib
Kosta-rikalı hücumçu Azərbaycandan təklif alıb
Nadir Nəbiyev: "Bu gün komandasını satan sabah torpağını, millətini də satar"
Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı dinləmələr fevralın 25-də keçiriləcək
MTRŞ tezliklərin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib
Rusiyada Narkoloji Dispanserdə yanğında yaralananların sayı 12-yə çatıb - YENİLƏNİB
"Azercell"dən super prizlər və sürpriz hədiyyələr qazan!
İnterpol xətti ilə Dubayda tutulan azərbaycanlı qadının məhkəməsi başlayır
"Youtube" son 10 ilin ən məşhur kliplərini təqdim edib
Bakıda minik avtomobili marşrut avtobusu ilə toqquşub, 6 nəfər xəsarət alıb - YENİLƏNİB
Aqrar Sığorta Fonduna 2020-ci ilin dövlət büdcəsindən 5 milyon manat ayrılacaq
Cənubi Koreyada bir neçə avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb
Samoa və Ficidə qızılca epidemiyasından 93 nəfər ölüb
Bakıda ana və qızı qətlə yetirilib

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Ramiz Zeynalov yanğın baş verən ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsində iştirak edib - FOTO
Bakıda polisə odlu silahla müqavimət göstərən və "Torqovı"da asayişi pozan şəxslər barəsində cinayət işi başlanıb
Nazir müavini: “Yeni ildə 6 günlük məktəblərdə neçə gün tətil olacağı hələ müəyyənləşməyib"