Minsk-2019-un gündəliyi: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulacaq

Minsk-2019-un gündəliyi: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulacaq
  • Clock-gray 09:08
  • calendar-gray 21 İyun 2019

Bu gün Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına start veriləcək.

APA-nın Minskə ezam olunan əməkdaşının məlumatına görə, qitəmiqyaslı multiidman yarışının açılış mərasimi Bakı vaxtı ilə saat 21:00-da olsa da, bunadək bəzi idman qurğularında Oyunlara start veriləcək.

Yarışın ilk günündə üç idman növü üzrə mübarizə başlayacaq. Bunlardan biri komanda, ikisi fərdi növdür. Açılış günündə heç bir medal sahibini tapmasa da, bir sıra atletlər üçün vətənə yollanmaqla kifayətlənə bilər.

Bakı vaxtı ilə saat 10:00-da basketbolun 3x3 növü üzrə mübarizə start götürəcək. Azərbaycan yığmasının təmsil olunmadığı yarışın ilk günündə 8 qarşılaşma baş tutacaq.

Eyni vaxtda kamandan oxatma üzrə mübarizə başlayacaq. 7 müxtəlif növ üzrə təsnifat mərhələləri keçiriləcək. Azərbaycanın yeganə oxatanı hədəf önünə keçəcək.

Ozay Qasımova qadınların klassik kamandan oxatma yarışında 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında mübarizə aparacaq.

Bakı vaxtı ilə saat 15:00-da diqqətlər rinqə yönələcək. 5 çəki dərəcəsində dəri əlcək ustaları ilk döyüşlərini keçirəcək. Kişi boksçular 56 kq, 69 kq, 75 kq, 91 kq və +91 kq çəki dərəcələrində ilk mərhələ döyüşlərinə çıxacaqlar.

Kişilərin bütün çəki dərəcələrində təmsil olunan Azərbaycanın üç boksçusu ilk gündə rinqə çıxacaq. Təmsilçilərimizin üçü də bolqarıstanlı rəqiblərini sınağa çəkəcək. 1/16 final döyüşlərində Tayfur Əliyev (56 kq) Boyan Asenovu, Rahil Məmmədli (91 kq) Radoslav Panteleyevi, Məhəmməd Abdullayev (+91 kq) Petar Belberovu sınağa çəkəcək. 

İlkin mərhələdən azad olan Lorenzo Sotomayor (69 kq) potensial rəqiblərini izləməklə kifayətlənəcəksə, Kamran Şahsuvarlı (75 kq) 1/16 finaldakı rəqibinin müəyyənləşəcəyi Giorgi Harabadze (Gürcüstan) - Miroslav Saviç (Serbiya) duelini gözləyəcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date