“Qarabağ” – “Dandolk” oyunu canlı yayımlanacaq

“Qarabağ” – “Dandolk” oyunu canlı yayımlanacaq
# 29 iyul 2019 16:08 (UTC +04:00)

Ağdamın "Qarabağ" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyunu canlı yayımlanacaq.

APA-nın məlumatına görə, Azərbaycan çempionunun İrlandiyanın "Dandolk" klubu ilə ev görüşünü "CBC Sport" telekanalı azarkeşlərə nümayiş etdirəcək.

Qarşılaşma iyulun 31-də baş tutacaq. "Dalğa Arena"da keçiriləcək matç saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ”la “Dandolk” arasında iyulun 24-də keçirilən ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR