BOK prezidenti XXIII Qış Olimpiya Oyunlarını bağlı elan edib - YENİLƏNİB

BOK prezidenti XXIII Qış Olimpiya Oyunlarını bağlı elan edib - YENİLƏNİB
  • Clock-gray 13:53
  • calendar-gray 25 Fevral 2018

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax XXIII Qış Olimpiya Oyunlarını bağlı elan edib.

 

APA-nın məlumatına görə, Pxençxanda 9-25 fevral tarixlərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında rekord sayda - 92 ölkədən 2925 idmançı iştirak edib.

 

Növbəti Qış Olimpiya Oyunları 2022-ci ildə Pekində keçiriləcək. 

 

***

 

saat 15.21

 

Pxençxanda XXIII Qış Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi keçirilir.

 

APA-nın məlumatına görə, Azərbaycan da daxil olmaqla, 11 ölkənin bayrağını könüllülər daşıyır.

 

Bu ölkələrin nümayəndə heyətləri artıq Pxençxanı tərk edib. Eyni zamanda rusiyalı idmançılar könüllülərin daşıdığı Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında səhnəyə çıxıblar. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date